DÜNYA


Tokioda şahzadə Ayakonun nikah mərasimi keçirilib

Tokio, 29 oktyabr, AZƏRTAC 

Oktyabrın 29-da Tokionun Meyci Cinqu şintoist məbədində şahzadə Ayakonun və yapon şirkətinin əməkdaşı olan Key Moriyanın nikah mərasimi keçirilib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, şahzadə Ayako İmperator Akihitonun əmisi oğlu, dünyasını dəyişmiş şahzadə Takamadonun kiçik qızıdır.

İmperator ailəsinin adətlərinə uyğun olaraq, bəyin ailəsinin nümayəndəsi şahzadə Ayakonun ardınca gələrək, onu avtomobildə Meyci Cinqu məbədinə aparıb. Məbədin girişində K.Moriya şahzadəni qarşılayıb və onlar birlikdə nikah mərasiminin keçirildiyi müqəddəs rəqslər zalına daxil olublar. Şahzadə Ayako ənənəvi milli geyimdə olub.

Oktyabrın 29-da hökumət idarəsinə ərə getməsi ilə əlaqədar xəbərdarlığı təqdim edən şahzadə Ayako rəsmi olaraq İmperator ailəsini tərk edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.