DÜNYA


Tokioda sakuranın çiçəkləmə fəsli başlanıb

Tokio, 21 mart, AZƏRTAC 

Martın 21-də Yaponiyanın paytaxtı Tokio şəhərində sakuranın çiçəkləmə fəsli başlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Baş Meteorologiya Agentliyi məlumat yayıb.

Məsələ burasındadır ki, Yaponiyada bu məsələyə çox ciddi yanaşırlar və həmin fakt nəzarət üçün müəyyən edilən ağacda beş qönçə açdıqdan sonra təsdiq edilir. Tokioda nəzarət üçün seçilmiş sakura ağacı Yasukini məbədində yerləşir. Həmin ərəfədə Baş Meteorologiya Agentliyinin əməkdaşları gün ərzində bir neçə dəfə bu ağaca yaxınlaşaraq burda çiçəkləyən qönçələri sayırlar. Martın 21-də bu qönçələrin sayı beşi keçib və yalnız bundan sonra paytaxtda sakuranın çiçəkləməyə başladığı elan edilib.

Meteorologiya Agentliyinin bildirdiyinə görə, bu il sakura ötən ildəkindən dörd gün gec, orta illik göstəricidən isə beş gün tez çiçəkləyib.

Yaponlar uzun illər formalaşan adətlərə uyğun olaraq, həmin çiçəklərdən birlikdə zövq almağa çalışırlar. Yaponiyada həmin dövr “hanami” adlanır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.