DÜNYA
Tokioda tikilməkdə olan Olimpiya obyektləri jurnalistlərə nümayiş olunub
Tokio, 18 iyul, AZƏRTAC
Tokionun bələdiyyə orqanları 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya oyunları üçün inşa edilən obyektləri jurnalistlərə nümayiş etdiriblər.
AZƏRTAC xəbər verir ki, tikinti işlərinin davam etdiyi həmin obyektlər jurnalistlərə Olimpiya oyunlarının başlanmasına düz iki il qalmış təqdim edilib.
Kütləvi informasiya vasitələrinin nümayəndələri “Olympic Aguatics Centre”də 6 min ton ağırlığında damın 37 metr yüksəkliyə qaldırılmasını müşahidə ediblər.
Bildirilib ki, idmançılar üçün nəzərdə tutulan şəhərcikdəki 21 binada 18 min nəfər yaşaya bilər. Şəhərcik gələn ilin dekabrında istifadəyə tam hazır olacaq.
Tokio bələdiyyəsinin nümayəndələri qeyd ediblər ki, təqdim edilən obyektlərdə işlər 40 faizədək həyata keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:22]
CFCM: Fransada islamofobiya halları son dərəcə artıb
- 19.04.2024 [16:43]
Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib
- 19.04.2024 [16:34]
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
- 19.04.2024 [15:55]
NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib
- 19.04.2024 [15:28]
Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb
- 19.04.2024 [15:00]