DÜNYA


Tokioda tuna balığı hərracda rekord məbləğə satılıb

Tokio, 5 yanvar, AZƏRTAC 

Dekabrın 5-də Tokiodakı yeni balıq bazarında cari ilin ilk hərracı keçirilib.

AZƏRTAC xəbər verir ki, səhər saat 5-də başlayan hərraclar zamanı adi tuna balığı rekord məbləğə satılıb.

Yaponiyanın şimalında yerləşən Aomori prefekturası sahillərində tutulan 278 kiloqram ağırlığında tuna balığı hərracda 333,6 milyon yen (təqribən 3 milyon dollar) dəyərində qiymətləndirilib. Yeni rekord ötənilki göstəricidən təqribən iki dəfə çoxdur.

Hərracın qalibi son altı ildə yeni il hərraclarını udmuş “Sushizanmai” suşi restoranları şəbəkəsinin Tokio operatoru “Kiyomura Corp.” şirkəti olub.

“Doğrusu mən qiymətin belə yüksək olacağını gözləmirdim, lakin biz çox əla tuna balığı aldıq və ümid edirik ki, müştərilərimiz ondan həzz alacaqlar”, - deyə şirkətin prezidenti Kieşi Kiomura bildirib.

Həmin balığı tutan balıqçı Roiçi Fucieda isə bildirib: “Bu məbləğə hələ də inana bilmirəm. Yerli satıcı mənə hərrac barədə zəng vurdu. Rəqəm o qədər gözlənilməz idi ki, mən eşitdiklərimi düzgün anlamadığımı düşündüm”.

Xatırladaq ki, Tsukuzidən Toyoşuya köçən yeni balıq bazarı ötən ilin oktyabrında fəaliyyətə başlayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.