İDMAN
Tokioda üzgüçülük üzrə Olimpiya seçmə turniri mayda keçiriləcək
Bakı, 28 yanvar, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda sinxron üzgüçülük üzrə Olimpiya seçmə turniri mayda keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Üzgüçülük Federasiyası məlumat yayıb.
Turnir mayın 1-4-də baş tutacaq. Bu qərarın səbəblərindən biri də koronavirus infeksiyasına görə, Yaponiyada fövqəladə vəziyyətin fevralın 7-dək tətbiqi olub. Səlahiyyətli nümayəndələr bu müddətin daha bir ay uzadılmasını düşünürlər. Xüsusilə, bu tədbirlər çərçivəsində əvvəllər əcnəbi idmançılar və xaricdən vətənlərinə qayıdan yapon idmançıları üçün tətbiq olunan güzəştlər ləğv edilib.
Turnirin əvvəlcə martın 4-7-də təşkili nəzərdə tutulmuşdu.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarış bir il sonraya təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]