DÜNYA


Tokionun Şincuku parkının əməkdaşı əcnəbilərdən utandığına görə onlardan bilet pulu almayıb

Tokio, 2 noyabr, AZƏRTAC 

Yaponiya paytaxtının ən görməli yerlərindən biri olan Şincuku parkının əməkdaşı utandığına görə təqribən 125 min turisti parka ödənişsiz buraxıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, Yaponiya Ətraf Mühit Nazirliyinin tabeliyində olan park yerli və əcnəbi turistlər arasında populyarlığı ilə seçilir. Xarici dil bilmədiyinə görə utanaraq əcnəbi turistlərdən bilet pulu almayan kişi əməkdaşın təqribən iki il yarım ərzində onlara ödənişsiz bilet verdiyi bildirilir. Buraxılış biletinin 200 yen (təqribən 1,8 dollar) olduğu park bunun nəticəsində 25 milyon yen itirib.

Əcnəbilərdən bilet pulu almayan əməkdaş buna baxmayaraq, onlara QR koda malik biletlər verib. QR kod ziyarətçilərə parka girmək üçün qeydiyyatdan keçmək imkanı yaradır.

Həmin əməkdaşın qeydiyyat və faktiki göstərici arasındakı fərqi itirmək üçün biletlərin qeydiyyatını aparan digər iş yoldaşından onları silməyi xahiş etdiyi güman olunur. Parkın rəhbərliyi hadisə barədə yalnız digər əməkdaşların həmin kişinin özünü şübhəli aparması barədə məlumatından sonra xəbər tutub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.