DÜNYA


Tokionun Tsukuzi bazarında nəhəng tuna balığı satılıb

Tokio, 14 mart, AZƏRTAC

Tokionun məşhur Tsukuzi bazarında satılan nəhəng tuna balığı yalnız alıcıların deyil, buraya toplaşan turistlərin də böyük marağına səbəb olub.

AZƏRTAC Jiji Press agentliyinə istinadla xəbər verir ki, çəkisi 460 kiloqram olan balıq Vakayama prefekturası sahillərində martın 13-də tutulub. Nəhəng balıq 8 milyon 740 min yenə (təqribən 82 min dollara) satılıb.

Bu, Yaponiya sahillərində tutularaq balıq hərraclarında satılan ikinci böyük tuna balığıdır. Tsukuzi bazarında satılan ən böyük tuna balığı isə 1986-cı ildə Miyazaki prefekturası sahillərində tutulub və çəkisi 496 kiloqram olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.