DÜNYA


Tokionun mərkəzində avtomobili piyadaların üzərinə sürən şəxs prokurorluğa təhvil verilib

Tokio, 2 yanvar, AZƏRTAC 

Yaponiya polisi yeni ilin daxil olmasından bir neçə dəqiqə sonra Tokionun mərkəzində avtomobili piyadaların üzərinə sürməkdə təqsirli bilinən 21 yaşlı gənci prokurorluğa təhvil verib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Kazuhiro Kusakabe adlı şəxs icarəyə götürdüyü avtomobili paytaxtın Haracuku ticarət rayonu ərazisində piyadaların üzərinə sürüb. Hadisə nəticəsində doqquz nəfər xəsarət alıb.

Xəsarət alanlardan birinin vəziyyəti ağırdır. K.Kusakabe sui-qəsdə cəhddə təqsirli bilinərək həbs edilib.

Polis insanların üzərinə sürülən avtomobildə ağ neft dolu 20 litrlik konteyner də aşkarlayıb. K.Kusakabe müstəntiqlərə deyib ki, o, ağ neftin köməyi ilə avtomobili yandırmağı planlaşdırırmış. Lakin avtomobili yandıra bilməyəcəyini başa düşən sürücü onu piyadaların üzərinə yönəldib.

Bildirilir ki, K.Kusakabe Tokioya Osakadan Yeni il ərəfəsində günorta saatlarında gəlib. Onun həmin avtomobili dörd gün əvvəl icarəyə götürdüyü məlum olub.

K.Kusakabe əvvəlcə istintaqa bildirib ki, məqsədi terror aktı törətmək olub. Lakin o, sonradan ifadəsini dəyişərək deyib ki, bununla ölkədə ən ağır cəza kimi tətbiq olunan ölüm hökmünə qarşı etirazını bildirmək istəyirmiş.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.