Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Tolerantlıq, multikulturalizm əvəzinə, irqçilik və diskriminasiyanı seçən Fransada islamofobiya siyasəti

Bakı, 15 mart, Hikmət Əhmədov, AZƏRTAC

İslam dininə ibadət edən insanların Avropa ölkələrində demoqrafiq vəziyyəti ilə bağlı 2017-ci ilin noyabrın sonunda Vaşinqtonda yerləşən “Pew Research Center” adlı beyin mərkəzi tərəfindən dərc olunmuş araşdırmaya əsasən, 2016-cı ilin ortaları üçün Fransa əhalisinin 8,8 faizini (5,7 milyon nəfər) müsəlmanlar təşkil edib. Almaniyanın “Statista” şirkətinin də statistik rəqəmlərinə görə Fransa əhalisinin 8 faizi müsəlmanlardan ibarətdir. Avropa şəhərləri arasında Paris şəhəri və İl-dö-Frans regionu müsəlman əhalinin sayına görə birinci yerdədir. Burada 2,8 milyon müsəlman əhalinin yaşadığı güman edilir. Fransa 67,5 milyon əhalisi ilə Avropa İttifaqı ölkələri sırasında müsəlmanların say göstəricisinə görə birinci yeri tutur. Bu rəqəmin 2050-ci ilə qədər iki dəfədən çox artacağı proqnozlaşdırılır.

Fransa dövləti dünyəvilik ənənəsini elan edərək əhalinin siyahıya alınması kampaniyalarında 1872-ci ildən başlayaraq ölkə vətəndaşlarının dini mənsubiyyəti barədə sorğu aparmır. 1905-ci il dekabrın 9-da qəbul olunmuş “Kilsələrin və dövlətin ayrılması haqqında” qanuna əsasən ölkədə dövlətin siyasəti kimi rəsmi olaraq dünyəvilik siyasəti elan olunub. 1978-ci ildə qəbul edilmiş qanuna əsasən ölkədə yaşayan fərdlərin irqi, etnik və dini mənsubiyyəti barədə məlumatın toplanması birmənalı qadağan olunub. Fransanın rəsmi dövlət siyasəti kimi rəhbər tutduğu belə bərabərlik və dünyəvilik modeli müasir dövrdə ölkədə yaşayan etnik, dini və digər azlıqların ölkə cəmiyyətinə inteqrasiyası, onların problemlərinin həlli üçün əsas maneə hesab olunur, bu azlıqları və onların problemlərini Fransa cəmiyyətinin gözündə “görünməz” faktora çevirir, onlara qarşı sistemli və davamlı ayrı-seçkilik hallarının qarşısını almaq və mübarizə tədbirləri görmək üçün effektiv mexanizmlər tətbiq etməyə imkan vermir. Belə qadağanın praktiki mənada bir sıra mənfi təsirləri var. Məsələn, etnik və dini zəmində ayrı-seçkiliyə dair statistik məlumatlar toplanılmır və təhlillər aparılmır. Dövlət qurumları və məhkəmə orqanları bu qanuna əsaslanaraq hər hansı formada dini və etnik mənsubiyyəti qadağan edən, süni şəkildə vətəndaşların “mütləq bərabərliyi” və dövlətin “mütləq bitərəfliyi” ideyasını rəhbər tutan qərar və qaydalar qəbul edir. Nifrət zəmində cinayətlərin rəsmi statistikasının aparılmamasına baxmayaraq, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar və digər etnik və dini qruplara qarşı diskriminasiya halları, xüsusilə Avropaya miqrant axını fonunda son illərdə daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir və sair.

Ölkə tarixində ilk dəfə olaraq 2020-ci ilin yanvar ayında Fransanın daxili işlər naziri Kristof Kastaner nifrət zəminində cinayətlərin statistikasını dilə gətirib. O, 2019-cu ildə Fransada antisemitizm hərəkətlərinin 2018-ci illə müqayisədə 27 faiz, müsəlmanları hədəfləyən hərəkətlərin isə 54 faiz artdığını, xristianlara qarşı hərəkətlərin sabit, lakin ən yüksək səviyyədə qaldığını etiraf edib. Həmçinin o, əsasən təhdid xarakteri daşıyan irqçi və ksenofob hərəkətlərin 2018–2019-cu illər ərzində iki dəfədən çox artaraq 496-dan 1142-yə yüksəldiyini bildirib.

AZƏRTAC özünü dünyaya “tolerant” və “demokrat” kimi təqdim edən Fransada ifrat həddə çatan irqçiliyin, islamofobiyanın və antisemitizmin bəzi məqamlarını oxuculara təqdim edir.

Siyasi elita tərəfindən manipulyasiya edilən islamofobiya və ya müsəlmanlara qarşı nifrət

Ksenofobiyanın bariz nümunələrindən sayılan islamofobiya meyilləri müasir Fransa cəmiyyətində geniş vüsət almış vəziyyətdədir. Bu ölkədə müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu fakt onu göstərir ki, Fransada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Belə ki, ölkə əhalisinin 10 faizə yaxın hissəsini müsəlmanların təşkil etməsinə baxmayaraq, siyasi elita və tanınmış ictimai xadimlər, eləcə də əhalinin çoxluq təşkil edən hissəsi arasında anti-İslam əhvali-ruhiyyəsi kifayət qədər yüksəkdir.

Ölkədə qəbul olunan 2021-ci il 21 avqust tarixli “Respublika prinsiplərinə hörmətin möhkəmləndirilməsi haqqında” Qanun müsəlman əhalisinə qarşı etimadsızlıq və sui-istifadənin artmasını təşviq edir və sadə müsəlmanlara qarşı yönəlib. Bu Qanunun icrası çərçivəsində hökumət aparatında İslamın və müsəlmanların müşahidə edilməsi üçün 101 struktur yaradılıb, 24 min 887 müsəlman təşkilatı, müəssisəsi gizli qara siyahıya alınıb və yoxlanılmaqdadır. Müsəlmanların sahib olduğu 718 təşkilatın və müəssisənin, o cümlədən 4 məktəbin, 37 məscidin, 210 müəssisənin, 2 təşkilatın fəaliyyəti dayandırılıb. 2021-ci ilin sonlarına olan məlumata əsasən, ümumilikdə 46 milyon avro vəsait müsadirə edilib. Digər tərəfdən, Fransada gənc müsəlmanların ölkəni kütləvi şəkildə tərk etməsi müşahidə olunur. Buna əsas səbəb Fransa cəmiyyətində müsəlmanlara münasibətdə yol verdiyi ayrı-seçkilik, onların hüquq pozuntuları və ölkəyə aidiyyətinin olmama hissinin aşılanmasıdır. Fransa KİV-lərində mütəmadi şəkildə müsəlmanların iştirakı olmadan İslam dini və müsəlmanlar ətrafında debatlar aparılır, burada nifrəti artıran irqçi ifadələrə tez-tez yol verilir. Ölkədə keçirilən müxtəlif seçkilər (prezident, Milli Assambleyaya, Senata və sair) zamanı seçki kampaniyaları çərçivəsində mövzu aktuallaşır, bəzi sağçı və ifrat sağçı qüvvələrin açıq şəkildə antiislam və bəzən də milliyyətçi mövqe tutduğu ortaya çıxır.

Fransa cinayət qanunvericiliyi nifrətə təhriketmə (incitement to hatred) və nifrət nitqini (hate speech) qadağan etsə də, təcrübədə belə cinayətlərin müəyyən olunması və təqib olunması üçün müvafiq hüquqi sistem mövcud deyil. Antidiskriminasiya tədbirləri görülərkən Fransada vətəndaşlara münasibətdə “immiqrantlar” anlayışından istifadə olunur. Fransız reallığında “müsəlmanlar” dedikdə çox vaxt Məğrib, Afrika və Yaxın Şərqdən köçmüş insanların nəslindən olan şəxslər nəzərdə tutulur ki, bu da ölkədə “immiqrant” və “müsəlman” anlayışlarının fərqləndirilməməsinə, nəticə etibarilə onların fransız cəmiyyəti üçün kənar və yad insanlar kimi səciyyələndirilməsinə səbəb olur. Fransada islamofobiya probleminin kökü dövlətin rəhbər tutduğu dünyəvilik prinsipində deyil, ölkənin tarixi müstəmləkəçilik siyasətində və hazırkı hökumətin yürütdüyü irqçi təfəkkürdə axtarılmalıdır. Hazırda Fransa cəmiyyətində müşahidə edilən islamofobiya hər hansı qorxu və tarixi inamsızlıqdan irəli gəlmir, müsəlmanlara qarşı nifrətin və müstəmləkəçi irqçiliyin siyasi elita tərəfindən manipulyasiya edilməsindən qaynaqlanır.

Müasir fransız cəmiyyətinə süni şəkildə təlqin edilən “bərabərlik”, “qardaşlıq”, “dünyəvilik” şüarlarına arxalanaraq ölkədə irqi və dini azlıqların problemlərinə məhəl qoyulmaması, daxili siyasətdə onlara qarşı ayrı-seçkilik, seqreqasiya və təcridetmə, xarici siyasətdə isə “şərq xristianlarının müdafiəsi” bəhanəsi ilə müsəlman çoxluqların yaşadığı ölkələrin hədəfə alınması əslində məhz tarixi müstəmləkəçilik və neokolonializm siyasətinin təzahürləridir.

Fransız müstəmləkəçilərin əsrlər boyu davam edən və yeni dövrün tarixinə qədər uzanmaqla müsəlman ölkələri və müsəlmanlara qarşı törətdiyi cinayətlərin miqyası həddindən artıq böyükdür. Fransa dünyanın müxtəlif regionlarında – Amerika, Afrika, Asiya qitələrində, Okeaniya bölgəsində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talan edib, xalqlarını uzun illər əsarətdə saxlayıb, milyonlarla insanı qətlə yetirib və kölə halına salıb, insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də nüvə sınaqları həyata keçirməklə Əlcəzairin müsəlman əhalisinin sağlamlığına ciddi ziyan vurub, müharibə cinayətləri törədib. Fransa yerli müsəlmanların taleyini idarə edib, imperiya daxilində yerli iqtisadiyyatları Fransa iqtisadiyyatının inkişafı üçün istismar edib.

Müasir Fransa siyasi və ictimai diskursunda müsəlman və qaradərili əhaliyə münasibətdə supremasist və irqçi meyillər getdikcə artmaqdadır.  Məsələn, 2020-ci ilin aprelində dünyada COVID-19 pandemiyasının geniş yayılmağa başladığı zaman “LCI” TV kanalında debatlarda “Inserm” sağlamlıq araşdırma qrupunun rəhbəri Dr. Camille Locht və Parisdəki “Cochin” xəstəxanasının reanimasiya bölməsinin rəhbəri Dr. Jean-Paul Mira koronavirusa qarşı vaksinlərin Afrikada sınaqdan keçirilməsini təklif etdilər. 2020-ci ilin oktyabrında dünyəvilik və İslam mövzusunda çıxış edən Fransa Prezidenti Emmanuel Makron “İslam dini hazırda bütün dünyada böhran yaşayır”, “Fransada İslamı xarici təsirdən azad etmək lazımdır” kimi bəyanatlar verdi. 2021-ci ildə Fransada bir çoxları tərəfindən irqçi və anti-İslam kimi səciyyələndirilən hakim partiyanın təşəbbüsü ilə irəli sürülmüş “İslam separatçılığı qanunu” qəbul edildi. 2022-ci il noyabrın 3-də Milli Assambleyanın Afrika əsilli deputatı Karlos Martens Bilonqonun ölkəyə üz tutan miqrantların vəziyyətinə dair çıxışı zamanı sağçı deputatlardan biri onun ünvanına “Qoy Afrikaya getsin” çağırışı etdi. Bu hadisələr nəinki Fransada, bütün dünyada ikrah hissləri doğurdu və geniş tənqid olundu.

2019-cu il martın 15-də Yeni Zelandiyanın Kraystçörç (Christchurch) şəhərində avstraliyalı Brenton Harrison Tarrant tərəfindən iki məscidə edilmiş silahlı hücum nəticəsində 51 nəfər həlak olub, 40 nəfər yaralanıb. Terrorçunun şəxsiyyəti araşdırılarkən məlum olub ki, o, fransız ifrat sağçı və ultra-millətçi yazıçı Reno Kamünün (Renaud Camus) şovinist ideyaları və müəllifi olduğu “Böyük əvəzləmə” (Le Grand Remplacement) adlı kitabından ilhamlanıb, hətta hadisə öncəsi onlayn dərc etdiyi 72 səhifəlik manifestinə də Kamünün kitabı ilə eyni başlıq qoyub. Terrorçunun kimliyinin formalaşmasına 1960-cı illərdə Fransada yaranan və son illərdə geniş vüsət alan ağ ekstremist, islamofob, faşist “identitarianizm” ideologiyasını dəstəkləyən “Yeni sağlar” siyasi cərəyanının təsir göstərdiyi müəyyən olunub.

Fransanın “sivilləşdirmə missiyası” (fr: Mission civilisatrice) şüarı altında əsrlər boyu onlarla ölkə, milyonlarla insana qarşı həyata keçirdiyi zorakı müstəmləkəçilik siyasətini və irqçi imperialist keçmişini tanıması, buna görə rəsmi üzr istəməsi ilə bağlı getdikcə artan tələbləri ölkənin siyasi elitası hər vəchlə rədd edir. Fransız elitası ağların imtiyazları, müstəmləkəçilik, islamofobiya və irqçilik kimi mövzuları özünün “ağ millətçi” identikliyinə qarşı təhdid hesab edir. Bu problemləri qabardanlara “nəzarətdən çıxmış solçular”, “islamçı solçular” damğası vurulur, problemin “azadlıq, bərabərlik və qardaşlıq” siyasəti ilə artıq öz həllini tapdığı əsas gətirilir, Fransanın “sivilləşdirmə missiyası”nın dünya üzrə acı nəticələrinin fransız cəmiyyətinin kollektiv yaddaşından silinməsi siyasəti aparılır.

Fransa cəmiyyətinə məxsus fenomen - ANTİSEMİTİZM

Ksenofobiyanın digər bir növü olan antisemitizm də Fransa cəmiyyətinə məxsus fenomendir. Bu ölkədə antisemitizm zaman-zaman özünü göstərib. Misal üçün, son illərdə Fransadan yüz minlərlə yəhudi köçüb gedib. Bundan başqa məscidlər bir-bir bağlanır, insanlara qarşı hücum, qətl halları törədilir. Bunun ən ifrat həddi isə bu gün Korsika adasında yerli xalqa qarşı tətbiq edilir. Demokratiyadan, insan haqlarından dəm vuran Fransa nədənsə öz ölkəsində milli azlıqlarla bağlı bu antisemitizmi görmək istəmir. Hökumətin verdiyi rəsmi statistikaya əsasən, 2021-ci ildə ölkə ərazisində baş vermiş 1659 antidini aktın 589-u yəhudilərə qarşı yönəlib. Antisemitizm problemi mütəmadi şəkildə Fransa ictimaiyyətinin müzakirə predmeti olur. Son zamanlar ölkədə ifrat sağçı və neqativist qüvvələrin fəallaşması da bunu şərtləndirir.

2021-ci ildə İsrailin miqrasiya naziri, İsrailin Yəhudi Agentliyi və “Nefesh B’Nefesh” qeyri-hökumət təşkilatının keçirdiyi birgə mətbuat konfransında, həmin il 3500 fransızın İsrailə köçdüyü bəyan edilib. Bu rəqəm 2019 və 2020-ci illərlə müqayisədə (2200) artımın olduğunu göstərir. Qeyd edək ki, daha öncəki dövrlərdə (2013-2017) Fransada baş verən terror hadisələri fonunda bu göstərici daha yüksək olub və bəzi illər üzrə 7500 nəfərə çatıb.

Yerli polisin zorakılığı sərbəst toplaşma hüququnu kobud şəkildə pozur

Hər zaman demokratiyadan, insan haqlarından danışan Fransanın güc strukturlarının, konkret olaraq yerli polisinin vətəndaşla davranışı, zorakılıq aktlarına yol verilməsi ölkə ictimaiyyətinin geniş şəkildə müzakirə etdiyi digər bir məsələdir. Bu xüsusda, Fransada müxtəlif agentliklərin (OpinionWay) əsasən gənclər arasında polisin fəaliyyətinin qiymətləndirilməsinə dair keçirdiyi sorğuların nəticələri onu deməyə əsas verir ki, bu sosial qrup arasında polisə olan etimad, bununla da sərbəst toplaşma hüququnun tam şəkildə qorunmasının təmin edilməsinə dair güvən sarsılıb. Fransanın son UDİ hesabatından bəri ölkədə keçirilmiş bir çox dinc manifestasiya polisin zorakılıq aktları törədilməsi ilə müşahidə olunub, bunların bəziləri qalmaqallı məhkəmə işlərinə çevrilib. Ümumilikdə ictimai rəy onu göstərir ki, Fransada polis əməkdaşları tərəfindən bu cür hüquq pozuntularına yol verildikdə belə, həmin əməkdaşlar öz rəhbərlikləri tərəfindən qorunur. Bu kontekstdə, 2021-ci il 25 may tarixli “Azadlıqları qoruyan qlobal təhlükəsizlik haqqında” Qanun polis və jandarmeriya qurumlarının səlahiyyətlərini artırmaqla bir sıra daxili və beynəlxalq insan hüquqlarının müdafiəsi ilə məşğul olan qeyri-hökumət təşkilatları, eləcə də hüquq müdafiəçiləri tərəfindən tənqid olunub. Belə ki, bu qanun hüquq-mühafizə orqanları tərəfindən yeni texnologiyaların, o cümlədən dronların istifadəsini leqallaşdırır, eyni zamanda, xidmət göstərən hüquq-mühafizə orqanlarının lentə alınıb “pis niyyətlə” onun görüntülərinin yayılmasına görə cinayət məsuliyyəti (5 il həbs və ya 75 min avro cərimə) nəzərdə tutur.

Bununla yanaşı, 2020-ci ilin sentyabr ayında Fransa Daxili İşlər Nazirliyi tərəfindən qəbul edilmiş “Qayda-qanunun təmin olunması üzrə milli sxema” sənədi də geniş müzakirələrə səbəb olub. 2018 və 2019-cu illərdə Fransa keçmiş manifestasiyalar zamanı polis zorakılığının tənqidinə reaksiya kimi qəbul olunmuş bu sənəd hüquq-mühafizə əməkdaşları tərəfindən tətbiq edilən qumbara növünün dəyişdirilməsini (bununla belə, yenidən hüquq müdafiəçilərinin fikrinə görə, ağır nəticələr verə bilən alətdən istifadə nəzərdə tutulur), eləcə də fərdi şəxsiyyət yoxlanışlarının keçirilməsini (o cümlədən uşaqlara tətbiq etməklə) tənzimləyir. Bütün bunlar müxtəlif qeyri-hökumət təşkilatlarının hesabatlarında öz əksini tapıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

Ali qonağın şərəfinə dövlət ziyafəti YENİLƏNƏCƏK

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün yaşıl baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib

Daşkənddə “Qılınc və qələm” romanının özbək dilində nəşrinin təqdimatı olub

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərin bərpasında dəstəyinə görə Qırğızıstana təşəkkürünü bildirib

NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub

İraq məktəblilərinə Azərbaycan haqqında məlumat verilib

Peter Siyarto Azərbaycana səfərə yola düşüb

Prezidentin xüsusi nümayəndəsi: Əsas səylərimiz 24 kənd, 3 şəhər və 5 yaşayış məntəqəsinin qurulmasına yönəldilib

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2 VİDEO

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər