CƏMİYYƏT


Tolerantlıq və milli-mədəni dəyərlərin qorunması dövlətçiliyin möhkəmlənməsinə xidmət edir

Tbilisi, 14 iyun, AZƏRTAC

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 14-də bu ölkənin Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın və Gürcüstanın dini qurumları arasında əlaqələr, hər iki ölkədə dini icmaların vəziyyəti, cəmiyyətə inteqrasiyası, mövcud olan tolerantlıq məsələləri müzakirə olunub. Bildirilib ki, dini icmalar arasında normal münasibətlər, tolerantlıq və milli-mədəni dəyərlərin qorunması bütövlükdə cəmiyyətin inkişafına, dövlətçiliyin möhkəmlənməsinə xidmət edir.

Görüşdə Z.Vaşakmadze Gürcüstan dövlətinin din siyasəti və dövlət tərəfindən dini icmalara göstərilən maliyyə dəstəyindən danışıb. O, Gürcüstanın müsəlman icmasının səlahiyyətinə verilmiş məscidlər barədə məlumat verib.

F.Muradov Gürcüstanda bütün dini konfessiyaların birgə mövcudluğu üçün yaxşı şəraitin olduğunu qeyd edərək, Azərbaycanın bu sahədəki təcrübəsindən söz açıb. O, Azərbaycanda tolerantlığın, multikulturalizm və digər dəyərlərin çox yüksək səviyyədə qorunduğunu bildirib.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.