MƏDƏNİYYƏT


Tolstoyun qərənfil sevgisi

Bakı, 12 sentyabr, AZƏRTAC

“Hərb və sülh”, “Anna Karenina” kimi əsərlərin müəllifi, görkəmli rus yazıçısı Lev Tolstoy ömrünün son illərini Rusiyanın mərkəzində yerləşən Tula şəhərində keçirib.

AZƏRTAC lavanguardia.com saytına istinadən xəbər verir ki, yazıçı yoldaşından ayrıldıqdan sonra vegetariana çevrilərək xalq təbabəti ilə məşğul olub, çəkməçi və bağban kimi çalışıb. Hətta kasıb uşaqlar üçün bir məktəb də tikdirib. O, “Yasnaya polina” adlandırdığı bağını nəhəng qərənfil sahəsinə çevirib.

Tolstoy 1910-cu ildə dünyasını dəyişəndən sonra övladları yazıçının qurduğu məktəb və “Yasnaya polina” layihəsini davam etdiriblər. Ancaq bolşeviklər hakimiyyətə gələndən sonra mülkü onların əlindən alıb muzeyə çevirib. Bu zaman qərənfilləri xilas etmək məqsədilə övladları onları İspaniyaya göndərir. Bu fakt 1929-cu ildə İspaniyada çap olunan “Mirador” qəzetində dərc edilən məqalədə də təsdiqini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.