İDMAN
Tom Koronel: Formula 1-i Alqarve trasında görmək çox xoş olacaq
Bakı, 20 iyun, AZƏRTAC
Niderlandın “Ziggo Sport” televiziya kanalının ekspertləri Robert Dornbos və Tom Koronel Portuqaliyanın Alqarve avtodromunun cari mövsüm Formula 1 təqviminə daxil edilməsi barədə yayılan şayiələrə münasibət bildiriblər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, R.Dornbosun fikrincə, artıq məsələ həll olunub və sentyabrın 27-də Formula 1-in mərhələsi bu trasda keçiriləcək. Ötən həftə sonu “Portimao 24 Hour” marafonunda iştirak etmək üçün Portuqaliyaya gələn T.Koronel də həmkarı ilə razılaşdığını bildirib: “Avtodromda yalnız bu barədə söhbət gedir. Burada hətta iki yarışın olacağı söylənilir. Alqarve çox əla trasdır. Formula 1-i Alqarve trasında görmək çox xoş olacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:14]
Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb
- 25.04.2024 [17:01]
Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb
- 25.04.2024 [16:34]
Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb
- 25.04.2024 [16:27]
Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar
- 25.04.2024 [16:22]
“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik
- 25.04.2024 [14:12]