İDMAN


Tomas Bax: Prioritet məsələ Olimpiya Oyunlarının təhlükəsiz şəraitdə keçirilməsidir

Bakı, 23 yanvar, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Tokioda keçiriləcək Olimpiya Oyunlarının koronavirus pandemiyası fonunda təhlükəsiz təşkil olunmasına imkan verən bir neçə layihə hazırlayır.

AZƏRTAC xəbər verir ki, bu barədə qurumun prezidenti Tomas Bax məlumat verib.

O bildirib ki, bu ilin iyul-avqust aylarında yarana biləcək vəziyyətlə bağlı bütün hazırlıqlar görülməlidir və yeri gələndə bunlardan istifadə ediləcək: “Miqrasiya, karantin qaydaları və Atletlər kəndində sosial məsafənin qorunmasına qədər bütün mühüm amillər nəzərə alınacaq. Sürətli testlərin aparılması, peyvəndləmə, tamaşaçılar, yarış iştirakçılarının sayı ilə bağlı çoxlu məsələlərlə bağlı suallar var. Hər kəs əmin ola bilər ki, prioritet məsələ Olimpiya Oyunlarının təhlükəsiz şəraitdə keçirilməsidir”.

Qeyd edək ki, Tokio Olimpiadası iyulun 24-dən avqustun 9-dək keçirilməli olsa da, pandemiya səbəbindən bir il təxirə salınıb. Olimpiadanın iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.