İDMAN


Tomas Bax: Tokio 2020-ci il Olimpiya Oyunlarına tam hazırdır

Bakı, 24 iyul, AZƏRTAC

İyulun 24-də Yaponiya paytaxtının mərkəzində yerləşən “Tokio forum” sərgi kompleksində 2020-ci il Yay Olimpiya Oyunlarına bir il qalmış geriyə hesabın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax təbrik nitqi ilə çıxış edib. O qeyd edib ki, Tokionun qarşıdakı idman bayramına hazırlıq dərəcəsi ən yüksək qiymətə layiqdir.

T.Bax deyib: “Bir ildən sonra Yaponiyada tarix yaranacaq. Olimpiada yapon dostlarımızın bu ölkəyə xas olan ən yaxşı cəhətləri, o cümlədən zəngin tarixi, yüksək texnologiyaları, qonaqpərvərliyi dünyaya göstərmələri üçün nadir fürsət olacaq. Mən indiyə qədər heç vaxt heç bir şəhərin Olimpiadaya bir il qalmış həmin tədbirə bu dərəcədə yaxşı hazırlaşmasını görməmişəm”.

BOK rəhbərinin sözlərinə görə qarşıdakı Olimpiada Yaponiya üçün millətin birliyi rəmzi olacaq. Çoxsaylı biznes nümayəndələri bu hadisəyə maraq göstərib, on minlərlə könüllü Oyunların təşkilində iştirak etmək niyyətində olduğunu bildirib.

Mərasimdə Bax BOK üzvü olan bütün dövlətlərin idmançılarına, habelə qaçqınlardan ibarət yığma komandanın üzvlərinə 2020-ci il Olimpiadasında iştirak etmələri üçün rəsmi dəvətnamə imzalayıb.

Tədbirdə Yaponiyanın Baş Naziri Sindzo Abe, Tokio qubernatoru Yuriko Koike və “Tokio-2020” Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori də çıxış edib.

Xatırladaq ki, Tokio Olimpiadası gələn il iyulun 24-dən avqustun 9-dək, Paralimpiada isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.