İDMAN


Tomas Bax: Tokioda Olimpiya Oyunları mütləq keçiriləcək

Tokio, 11 iyun, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bir daha bəyan edib ki, Tokio Yay Olimpiya və Paralimpiya oyunları planda nəzərdə tutulduğu kimi cari ildə keçiriləcək.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, BOK prezidenti bu barədə qurumun İcraiyyə Komitəsinin üç gün davam edən virtual iclasından sonra təşkil edilən mətbuat konfransında deyib.

T.Bax bildirib ki, hazırda BOK digər maraqlı tərəflərlə sıx əməkdaşlıq şəraitində Tokio Oyunlarına hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.

BOK prezidenti qeyd edib ki, o, Tokioya gələn ayın ortalarında - iyulun 23-də keçiriləcək açılış mərasimi ərəfəsində gedəcək. Bu səfər Yaponiyada müəyyən edilmiş karantin qaydalarına uyğun olaraq həyata keçiriləcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.