DÜNYA


“Tomas Kuk” şirkəti Brexit səbəbindən 1,46 milyard funt ziyana düşüb

London, 18 may, AZƏRTAC

İngiltərədə yerləşən səyahət və turizm şirkəti “Tomas Kuk” Brexitin gecikdirilməsi səbəbindən 1,46 milyard funt ziyana düşüb.

AZƏRTAC xəbər verir ki, şirkət bu müddət ərzində 21 mağazasını bağlayıb, həmçinin Sankt-Peterburqdakı mərkəzi ofisindən 150-dən çox işçisini ixtisar edib.

Qurumun baş icraçı direktoru Peter Fankhauzer bildirib ki, şirkət bir il ərzində ümumilikdə 1,46 milyard funt zərərlə üzləşib. O deyib ki, Brexitin yaratdığı siyasi qeyri-müəyyənlik səyahət planlarına da təsir edib.

“Tomas Kuk” şirkəti 2007-ci ildə yaradılıb. Holdinq Böyük Britaniya, Almaniya, Belçika və Skandinaviyada yerləşən bir neçə aviaşirkətə sahibdir. Şirkətin baş ofisi Sankt-Peterburqda yerləşir.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.