MƏDƏNİYYƏT


Toni Memmeli xeyriyyə konserti keçirib

Bakı, 9 aprel, Xaruqə Məmmədova, AZƏRTAC 

Amerikalı müğənni-bəstəkar Toni Memmeli aprelin 9-da “Park Bulvar” ticarət mərkəzində xeyriyyə konserti keçirib.

AZƏRTAC xəbər verir ki, konsert ABŞ səfirliyi, Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə dəstəyi ilə reallaşıb.

ABŞ səfirliyinin mədəni məsələlər üzrə müşaviri Haydi Smth bildirib ki, amerikalı bəstəkar-müğənni Toni Memmelinin Dövlət Departamentinin “İncəsənət elçisi” proqramının himayəsi ilə ölkəmizə ilk səfəridir. Bu proqram Amerika musiqiçilərinin mədəniyyətlərarası anlaşma və əməkdaşlığı inkişaf etdirmək üçün dünyanın müxtəlif ölkələrinə səfərlərini təşkil edir. Toni Memmeli fiziki məhdudiyyətli musiqiçidir və onun proqramı belə insanların potensialını göstərir. O, anadangəlmə qolunun dirsəkdən aşağı hissəsinin olmamasına baxmayaraq, gitarada ifa etməyi təkbaşına öyrənib. 2013-cü ildə WAMI (Wiskonsın Bölgəsinin Musiqi Sənayesi) mükafatını qazanaraq Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub. Toni Memmeli qastrollarda iştirak edir, xarici ölkələrdə konsertlər verir.

O, həmçinin musiqi sahəsində bakalavr dərəcəsini qazanaraq klassik vokal üzrə ixtisaslaşıb. Memmeli Azərbaycanda bir neçə təmənnasız konsert proqramı ilə çıxış edəcək, fiziki məhdudiyyətli yerli musiqiçi və tələbələr üçün ustad dərsləri keçəcək.

Fiziki məhdudiyyətli uşaqların ifası ilə başlayan konsert Toni Memmelinin rəngarəng musiqi nömrələri ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.