DÜNYA


Tonqa krallığı sahillərində 6,2 bal gücündə zəlzələ olub

Bakı, 10 noyabr, AZƏRTAC

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, Tonqa krallığı sahillərində 6,2 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yeraltı təkanlar bu gün səhər saatlarında qeydə alınıb. Zəlzələnin episentri Haapay adasının mərkəzi - Panqai şəhərindən 98 kilometr cənub-şərqdə, ocağı isə yer səthindən 10 kilometr dərinlikdə yerləşib.

Təbii fəlakət nəticəsində xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.