İDMAN


Topaz Premyer Liqası: Debütant "Sabah" klubunun məğlubiyyətsiz seriyası davam edir

Bakı, 16 sentyabr, Nicat Məmmədov, AZƏRTAC

Sentyabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında 5-ci turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, turun üçüncü matçında debütant "Sabah" klubu "Əlincə Arena"da "Qəbələ"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb (1:0). Oyunun taleyini 23-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Marko Deviçin vurduğu qol həll edib. Bu, ukraynalı hücumçunun cari mövsümdə vurduğu 6-ci qol olub və bombardirlik yarışında liderliyə yüksəlib. Bu qələbədən sonra xalını 9-a çatdıran "Sabah" birinci pilləyə yüksəlib. Aktivində 4 xalı olan "Qəbələ" isə 4-cü sıradadır.

Qeyd edək ki, IV turun ilk iki oyununda "Qarabağ" evdə "Sumqayıt"ı məğlub edib - 1:0. "Səbail" - "Zirə" görüşündə isə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Beşinci tura "Neftçi" - "Keşlə" matçı ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.