İDMAN


Topaz Premyer Liqası: “Neftçi” komandası səfərdə “Kəpəz”i minimal hesabla məğlub edib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Topaz Premyer Liqasının IX turunun ikinci gününün ilk oyununda Gəncə şəhər stadionunda “Kəpəz” klubu paytaxt təmsilçisi “Neftçi”ni qəbul edib.

AZƏRTAC xəbər verir ki, baş hakim Əliyar Ağayevin idarə etdiyi görüşdə qonaqlar minimal hesabla qalib gəliblər. Oyunda yeganə qolu 41-ci dəqiqədə Ruslan Abışov meydan sahiblərinin qapısından keçirib.

Matçın ikinci hissəsində “Kəpəz”in hesabı bərabərləşdirmək səyləri heç bir nəticə verməyib və görüş “Neftçi”nin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Beləliklə, ardıcıl üçüncü qələbəsini qazanaraq xallarının sayını 10-a çatdıran “Neftçi” beşinci pilləyə yüksəlib. “Kəpəz” klubu isə dörd xalla turnir cədvəlində sonuncudur.

Günün ikinci qarşılaşmasında isə “Kapital Bank Arena”da “Sumqayıt və “Zirə” klubları üz-üzə gələcəklər.

Turun maraqla gözlənilən qarşılaşması oktyabrın 22-də keçiriləcək. Həmin gün “Qəbələ” komandası “Qarabağ” klubunu qəbul edəcək.

Hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncü pillədədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.