İDMAN


Topaz Premyer Liqası: “Qarabağ” “Sabah”ı böyük hesabla məğlub edib

Bakı, 13 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 13-də futbol üzrə Topaz Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı "Qarabağ" debütant "Sabah"ı qəbul edib.

Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. Matçın 65-ci dəqiqəsində Filip Ozobiç fərqi iki topa çatdırıb. Oyunun 77-ci dəqiqəsində Mahir Mədətov hesab arasındakı fərqi daha da artırıb.

Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən “Qarabağ” turnir cədvəlində ilk pilləyə yüksəlib. “Sabah” klubu isə 26 xalla beşincidir.

Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0. Tura sabah keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.