İDMAN


Topaz Premyer Liqası: “Qarabağ” “Səbail”i minimal hesabla məğlub edib

Bakı, 20 oktyabr, Nicat Məmmədov, AZƏRTAC 

Oktyabrın 20-də 8-ci turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, son çempion Ağdamın “Qarabağ” komandası “Azərsun Arena”da “Səbail”i qəbul edib. Oyunun favoriti sayılan “Qarabağ” klubu ilk dəqiqələrdən rəqibin qapısı önündə təhlükəli vəziyyətlər yaradıb. Buna baxmayaraq, birinci hissədə hesab açılmayıb.

Qarşılaşmanın ikinci hissəsində Ağdam təmsilçisi “Səbail”i meydanın mərkəzinə dəvət edib. Abdulla Zubir 62-ci dəqiqədə cinah ötürməsini qola çevirib. Bu, fransalı legionerin Premyer Liqada vurduğu üçüncü qolu olub.

Rəvan Həmzəzadənin idarə etdiyi oyunun qalan dəqiqələrində hesab dəyişməyib.

Xatırladaq ki, Qəbələ şəhər stadionunda oynanılan turun açılış matçında “Qəbələ” “Neftçi” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tura oktyabrın 21-də keçiriləcək iki oyun ilə yekun vurulacaq. Günün ilk qarşılaşması "Dalğa Arena" stadionunda saat 17:00-da oynanılacaq. "Sumqayıt" debütant "Sabah"ı qəbul edəcək.

Turun sonuncu oyununda isə "Zirə" səfərdə "Keşlə"nin qonağı olacaq. Oyun saat 19:00-da başlayacaq. Oyun ASK arenada oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.