İDMAN


Topaz Premyer Liqası: “Qarabağ” qış fasiləsinə darmadağınla gedir

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Azərbaycan Premyer Liqasının 14-cu turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Dalğa Arena"da “Zirə” son çempion “Qarabağ”ı qəbul edib. Görüş ağdamlıların 6:0 hesablı qələbəsi ilə başa çatıb. “Atlılar”ın heyətində Dani Kintana het-trik edib, Mahir Mədətov və Miçel isə hərəyə bir dəfə fərqləniblər. Digər qolu isə “Zirə”nin üzvü İlkin Qırtımov öz qapısına vurub.

Bu qələbədən sonra “Qarabağ” xallarının sayını 30-a çatdıraraq ikinci yerdəki mövqeyini qoruyub, “Zirə” isə 11 xalla sonuncu pillədədir.

Xatırladaq ki, turun ilk matçında “Keşlə” səfərdə “Sabah”ı 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.