İDMAN


Topaz Premyer Liqası: “Qarabağ” turnir cədvəlində birinci pilləyə yüksəlib

Bakı, 9 mart, Nicat Məmmədov, AZƏRTAC

Martın 9-da futbol üzrə Topaz Premyer Liqasının 20-ci turunun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda autsayder “Zirə” komandası ilə qarşılaşıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu oyundan sonra “Qarabağ” xalların sayını 42-ə çatdıraraq turnir cədvəlində birinci pilləyə yüksəlib. Hesabında 41 xal olan “Neftçi” ikinci yerdədir. Liderə nisbətən bir oyun az keçirən paytaxt komandası martın 10-da səfərdə “Sumqayıt” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, 20-ci turun ilk oyununda “Keşlə” komandası “Sabah”a 3:0 hesabı ilə qalib gəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.