İDMAN
Topaz Premyer Liqası: “Sabah” komandası “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib
Bakı, 7 aprel, Nicat Məmmədov, AZƏRTAC
Topaz Premyer Liqasının XXIII turuna “Səbail”-“Sabah” qarşılaşması ilə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, “Əlincə Arena”da keçirilən oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı qonaqlar açıb. Enrike Perilyo 2-ci dəqiqədə fərqlənib. Meydan sahibləri bu qola 30 dəqiqə sonra cavab verib. “Sabah”ın legioneri Filip İvanoviç hesabı bərabərləşdirib. 66-cı dəqiqədə Cavid İmamverdiyev, 69-cu dəqiqədə isə Vanderson Silva “Sabah”a qələbə qazandıran növbəti iki qola imza atıblar.
Bu matç həm də “Səbail”in heyətinə qatdığı tanınmış futbolçu Maykl Essyenin Azərbaycan Premyer Liqasında debütü ilə yadda qalıb. 37 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə Yevgeni Koçukun yerinə meydana çıxıb.
Hazırda turnir cədvəlində “Səbail” 34 xalla üçüncü, “Sabah” isə 26 xalla beşinci yeri tutur.
Xatırladaq ki, günün digər matçında “Qarabağ” səfərdə “Qəbələ”ni məğlub edib - 2:1. XXIII tur çərçivəsində keçirilən digər oyunlar belə nəticələnib: “Neftçi”-“Zirə” - 4:2, “Sumqayıt”-“Keşlə” - 2:1.