İDMAN


Topaz Premyer Liqası: “Səbail” səfərdə “Sumqayıt” komandasını məğlub edib

Bakı, 18 aprel, Nicat Məmmədov, AZƏRTAC.

Aprelin 18-də futbol üzrə Topaz Premyer Liqasının XXV turuna start verilib.

AZƏRTAC xəbər verir ki, turun birinci oyunu “Kapital Bank Arena” stadionunda baş tutub. “Sumqayıt” öz meydanında “Səbail” komandasını qəbul edib.

Görüş qonaqların 1:2 hesablı qələbəsi ilə başa çatıb. “Səbail” klubunun heyətində Ağabala Ramazanov (52) və Oke Akpoveta (74) fərqləniblər. Meydan sahiblərin yeganə qoluna isə 13-cü dəqiqədə Peyman Babayı imza atıb. Matçın 58-ci dəqiqəsində səbaillilərin futbolçusu Tome Kitanovskiy ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra xallarının sayını 41-ə çatdıran “Səbail” turnir cədvəlində üçüncü yerdə qərarlaşıb, “Sumqayıt” isə 20 xalla 7-ci yerdədir.

Günün ikinci qarşılaşması “Qarabağ” və “Keşlə” klubları arasında oynanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.