İDMAN


Topaz Premyer Liqası: Turun mərkəzi oyununda “Neftçi” “Qarabağ”ı qəbul edəcək

Bakı, 28 oktyabr, Nicat Məmmədov, AZƏRTAC

Oktyabrın 28-də futbol üzrə Azərbaycan çempionatında turun mərkəzi qarşılaşmasında “Neftçi” və “Qarabağ” klubları qarşılaşacaqlar.

AZƏRTAC xəbər verir ki, görüş “Baksell Arena”da Bakı vaxtı ilə saat 17:00-da oynanılacaq.

Bu kollektivlərin ilk dövrədəki duelində 1:1 hesablı heç-heçə qeydə alınıb. Əvvəlki 73 çempionat oyunundan 19-da bakılılar, 27-də isə ağdamlılar qalib gəliblər. Buna rəğmən, Qurban Qurbanovun yetirmələri 3 oyundur rəqibini üstələyə bilmir. “Ağ-qaralar” isə ardıcıl 5 ev matçında qələbə qazanmır.

“Neftçi” 2013-cü ildə ardıcıl 3 dəfə Premyer Liqanın qızıl medallarına sahib çıxandan sonra estafeti “Qarabağ”a verib. Lakin hazırda paytaxt komandası 19 xalla 1-ci pillədə qərarlaşıb. Son çempion isə 16 xalla 2-ci sıradadır. Son tur hər iki komanda üçün uğursuz alınıb. Flaqman səfərdə “Qəbələ”yə 1:3 hesabı ilə uduzub. Ağdam təmsilçisi isə evdə “Səbail”i məğlub etsə də, meydana adı protokolda göstərilməyən oyunçunun çıxması səbəbindən “Qarabağ”a texniki məğlubiyyət verilib - 0:3. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv liderliyi ələ keçirmək üçün mütləq qələbə qazanmalıdır.

Mərkəzi qarşılaşmanı Əliyar Ağayev idarə edəcək. Ona Zeynal Zeynalov, Rza Məmmədov və Rəvan Həmzəzadə kömək edəcəklər.

“Neftçi” – “Qarabağ” oyunu CBC sport kanalı ilə canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.