İDMAN
Topaz Premyer Liqasının VIII turunun oyunlarına hakim təyinatları açıqlanıb
Bakı, 16 oktyabr, Nicat Məmmədov, AZƏRTAC
Topaz Premyer Liqasında VIII turunun oyunlarına hakim təyinatları açıqlanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, oktyabrın 20-də Qəbələ şəhər stadionunda “Qəbələ”–“Neftçi” qarşılaşmasını hakim Rəhim Həsənov idarə edəcək.
Həmin gün “Azərsun Arena”da keçiriləcək “Qarabağ”–“Səbail” görüşünün əsas hakimi Rəvan Həmzəzadə olacaq.
Oktyabrın 21-də “Dalğa Arena”da oynanılacaq “Sumqayıt”–“Sabah” matçına əsas referi İnqilab Məmmədov təyin olunub.
Turun sonuncu görüşündə - “Bakcell Arena”da keçiriləcək “Keşlə”- “Zirə” oyununda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Qeyd edək ki, “Qəbələ”–“Neftçi” oyunu saat 17:00-da, “Qarabağ”–“Səbail” görüşü saat 19:00-da, “Sumqayıt”–“Sabah” qarşılaşması 17:00-da, “Keşlə”- “Zirə” matçı isə saat 19:00-da başlayacaq.
Turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.