İDMAN


Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası müəyyənləşib

Bakı, 12 aprel, Nicat Məmmədov, AZƏRTAC

Futbol üzrə Topaz Premyer Liqasının XXIII turunun rəmzi komandası müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına (PFL) istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında “11-liy”ə “Qarabağ”ın 5, “Neftçi”nin 3, “Sabah”, “Qəbələ” və “Sumqayıt” komandalarının hər birindən 1 futbolçu düşüb.

Rəmzi komandada Vaqner da Silva (“Qarabağ”), Donald Qerye (“Qarabağ”), Kiril Petrov (“Neftçi”), Filip İvanoviç (“Sabah”), Amin Seydiyev (“Qəbələ”), Baqali Dabo (“Neftçi”), Qoran Paratski (“Neftçi”), Markos Madera (“Qarabağ”), Dani Kintana (“Qarabağ”), Mahir Mədətov (“Qarabağ”) və Peyman Babayi (Sumqayıt) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.