İDMAN


Topaz Premyer Liqasının XXIV turunun oyunlarına hakim təyinatları açıqlanıb

Bakı, 10 aprel, AZƏRTAC

Futbol üzrə Topaz Premyer Liqasının XXIV turunun oyunlarını idarə edəcək hakimlər məlum olub.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, turun oyunları iki günü əhatə edəcək.

Aprelin 13-də Zirə İdman Kompleksinin stadionunda “Zirə”–“Sumqayıt” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Həmin gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”–“Sabah” görüşünün əsas hakimi İnqilab Məmmədov olacaq.

Aprelin 14-də “ASK Arena”da “Keşlə”–“Qəbələ” matçına əsas referi Vüqar Həsənli təyin olunub. Turun sonuncu görüşündə - “Bayıl Arena”da təşkil olunacaq “Səbail”-“Neftçi” oyununda baş hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək.

Qeyd edək ki, “Zirə”–“Sumqayıt” oyunu saat 16:00-da, “Qarabağ”–“Sabah” görüşü saat 18:30-da, “Keşlə”–“Qəbələ” qarşılaşması 15:00-da, “Səbail”- “Neftçi” matçı isə saat 18:00-da başlayacaq.

İyirmi üç turdan sonra turnir cədvəlində “ikihakimiyyətlilik” yaranıb. Aktivlərində 51 xal olan “Neftçi” və “Qarabağ” turnir cədvəlində birinci-ikinci yerləri bölüşürlər. “Səbail” klubu 34 xalla üçüncü, 30 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (22), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alırlar.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.