İDMAN


Topaz Premyer Liqasının XXIV turunun rəmzi komandasında yer alan futbolçular müəyyənləşib

Bakı, 16 aprel, AZƏRTAC

Futbol üzrə Topaz Premyer Liqasının XXIV turunun rəmzi komandasında yer alan futbolçular müəyyənləşib.

AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, “InStat” şirkətinin təhlili əsasında “11-liy”ə “Qarabağ”dan 7, “Qəbələ” və “Zirə”nin hər birindən 2 futbolçu daxil edilib.

Rəmzi komandada Vaqner da Silva (“Qarabağ”), Donald Gerye (“Qarabağ”), Rəşad Sadıqov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”), İlkin Qırtımov (“Zirə”), Abdullah Zubir (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Markos Madera (“Qarabağ”), Davit Volkov (“Qəbələ”), Mahir Mədətov (“Qarabağ”) və Ceyms Adeniyi (“Qəbələ”) yer alıblar.

Qeyd edək ki, 24 turdan sonra turnir cədvəlinə aktivində 54 xal olan “Qarabağ” başçılıq edir. “Neftçi” 52 xalla ikinci, “Səbail” 35 xalla üçüncü, 33 xalı olan “Qəbələ” isə dördüncü yerdədir. Digər pillələrdə müvafiq olaraq, “Sabah” (26), “Zirə” (25), “Sumqayıt” (20) və “Keşlə” (19) yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.