İDMAN


Topaz Premyer Liqasının sonuncu turunun hakim təyinatları məlum olub

Bakı, 9 may, AZƏRTAC

Futbol üzrə Topaz Premyer Liqasının XXIV turunun oyunlarını idarə edəcək hakimlər məlum olub.

AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən xəbər verir ki, turun oyunları hamısı bir gündə - mayın 11-də baş tutacaq.

Turun ilk oyunu “ASCO Arena” stadionunda keçiriləcək. Meydan sahibi “Səbail” autsayder “Keşlə”ni qəbul edəcək. Qarşılaşmanı Səbuhi Bayramov idarə edəcək.

Həmin gün “Əlincə Arena” stadionunda keçiriləcək “Sabah”–“Zirə” görüşünün əsas hakimi Əliyar Ağayev olacaq.

“Kapital Bank Arena”da “Sumqayıt”–“Qəbələ” matçına əsas referi Rəşad Əhmədov təyin olunub.

Turun sonuncu və mərkəzi görüşünün isə baş hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Həmin görüş “Bakcell Arena”da təşkil olunacaq.

Qeyd edək ki, “Səbail”–“Keşlə” oyunu saat 15:00-da, “Sabah”–“Zirə”, “Sumqayıt”–“Qəbələ” görüşləri saat 16:00-da, “Neftçi”-“Qarabağ” matçı isə saat 18:00-da başlayacaq.

İyirmi altı turdan sonra turnir cədvəlinə 63 xalla çempionluğunu vaxtından əvvəl rəsmiləşdirmiş “Qarabağ” klubu başçılıq edir. Aktivində 58 xal olan “Neftçi” ikinci, 41 xalla “Səbail” üçüncü, 36 xalla “Qəbələ” isə dördüncü yerdə qərarlaşıb. Digər pillələrdə, müvafiq olaraq, “Zirə” (28), “Sabah” (27), “Sumqayıt” (26) və “Keşlə” (20) yer alırlar.

Turun bütün görüşləri “CBC Sport” kanalında canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.