MƏDƏNİYYƏT


“Tor 4: Sevgi və ildırım” filminin kadrarxası görüntüləri yayımlanıb

Bakı, 22 iyun, AZƏRTAC

“Marvel” kinostudiyası “Tor 4: Sevgi və ildırım” filminin pərəstişkarları üçün çəkilişlərin kadrarxası görüntülərini təqdim edib. Çəkiliş setindən ibarət kadrarxası görüntülərin yer aldığı videoçarxda aktyorların əyləncəli anları yer alıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, rejissor Tayki Vaytitinin “Tor 4: Sevgi və ildırım” filminin kütləvi nümayişə iyulun 6-da buraxılacağı açıqlanıb.

Yeni film komiks personajı Torun qalaktika mühafizəçiləri ilə birlikdə kosmos səyahətinə çıxdıqdan sonrakı həyatından bəhs edir.

Qeyd edək ki, filmdə rollarda Kris Hemsvort, Kristian Beyl, Rassel Krou, Karen Gillan, Lyuk Hemsvort, Kris Pratt, Natali Portman və başqa aktyorlar çəkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.