MƏDƏNİYYƏT


“Tor: Sevgi və ildırım” filmindən bəzi kadrlar çıxarılıb

Bakı, 1 iyul, AZƏRTAC

“Marvel” kinostudiyasının son filmi olan “Tor: Sevgi və ildırım” ekranlara çıxmasına bir həftə qalmış məlum olub ki, filmdəki bir çox tanınmış simaların çəkildiyi bəzi səhnələr filmə daxil edilməyib.

AZƏRTAC xəbər verir ki, bu adlardan biri də “Game of Thrones” serialının ulduzu Lena Headeydir.

Bu barədə açıqlama verən rejissor Taika Waititi qeyd edib ki, filmlərin çəkilişlər başa çatdıqdan sonra montaj mərhələsindən əvvəl vacib görünən bəzi rollar qısaldıla və ya filmdən tamamilə çıxarıla bilər.

Lena Headey filmdə görməyəcəyimiz yeganə ad deyil. Məşhur ingiltərəli aktyor Kristian Beyl Total verdiyi müsahibədə “Eitri” rolu ilə “Marvel” dünyasına daxil olan Peter Dinklage və “Gradmaster” obrazını canlandıran Ceff Qoldblum ilə səhnələrin olduğunu, lakin bu səhnələrin filmə daxil edilmədiyini bildirib.

Qeyd edək ki, film komiks personajı Torun qalaktika mühafizəçiləri ilə birlikdə kosmos səyahətinə çıxdıqdan sonrakı həyatından bəhs edir. İki saat davam edəcək film “Marvel”in ən qısa ekran əsərlərindən biri olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.