İQTİSADİYYAT
“Törəmə maliyyə alətlərinin mexanizmi” mövzusunda təlim keçirilib
Bakı, 12 noyabr, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatası Lüksemburq Təlim Mərkəzi (ATTF) ilə birgə əməkdaşlıq çərçivəsində təlimçi ekspert David Saabın təqdimatında “Törəmə maliyyə alətlərinin mexanizmi” (The Mechanics of Derivatives) mövzusunda təlim keçirib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim proqramı çərçivəsində pul və kapital bazarları, törəmə maliyyə alətləri, forvards, fyuçers, svoplar, opsionlar, o cümlədən Avropa və Amerika opsionlarına dair mövzulara toxunulub və bu istiqamətdə mövcud olan beynəlxalq təcrübə və yeniliklər barədə ətraflı məlumatlar təqdim edilib. Təcrübə mübadiləsi və müzakirələrlə zəngin olan təlimdə Bakı Fond Birjasının, Milli Depozit Mərkəzinin, investisiya şirkətlərinin və palatanın əməkdaşları iştirak ediblər.
Təlim proqramını uğurla bitirən iştirakçılar sertifikatla təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]