İDMAN


“Torino” klubu baş məşqçisi Marko Campaulo ilə yollarını ayırıb

Bakı, 19 yanvar, AZƏRTAC

İtaliyanın “Torino” futbol klubu baş məşqçisi Marko Campaulo ilə yollarını ayırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın son oyunlarda pis nəticələr göstərdiyi üçün 53 yaşlı mütəxəssisin istefaya göndərildiyi bildirilib.

Turin təmsilçisi Campaulonun baş məşqçiliyi altında 18 matçdan sonra 13 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, isveçrəli çalışdırıcı ötən ilin avqustundan “Torino”da işləyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.