SİYASƏT


Tornike Rijvadze: Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında Heydər Əliyevin xidmətləri əvəzsizdir

Tornike Rijvadze: Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında Heydər Əliyevin xidmətləri əvəzsizdir

Tbilisi, 12 dekabr, AZƏRTAC

Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Heydər Əliyevin xidmətləri böyük və danılmazdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Acarıstan Muxtar Respublikası hökumətinin sədri Tornike Rijvadze ümummilli lider Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar Batumidə təşkil olunmuş anım mərasimində söyləyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-Gürcüstan dostluğu nümunədir. Bu gün hər iki ölkənin iri şəhərləri və regionları arasında da sıx əməkdaşlıq mövcuddur. Bütün bunlara dahi şəxsiyyət Heydər Əliyevin müəyyən etdiyi strateji plan əsasında nail olunub.

Hökumət başçısı deyib ki, iki ölkə arasında dost və qonşuluq münasibətlərinin hazırda da yüksələn templə inkişaf edir.

“Heydər Əliyevin iki ölkə arasında münasibətlərin inkişafı üçün atdığı addımlar bu gün Prezident İlham Əliyev ilə Gürcüstanın hazırkı rəhbərliyi tərəfindən davam etdirilir. Əminəm ki, əlaqələrimiz daha da möhkəmlənəcək və genişlənəcək”, – deyə Tornike Rijvadze vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.