CƏMİYYƏT


Toronto Universitetinin professoru: Ermənilər öz siyasətlərində həmişə ikiüzlüdürlər

Bakı, 7 oktyabr, AZƏRTAC

Dünyanın müxtəlif ölkələrində yaşayan elm xadimləri Ermənistanın növbəti hərbi cinayətini – Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqların aşkar olunmasını dəhşətli hadisə kimi qiymətləndirirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Almaniyada yaşayan azərbaycanlı alim, professor Məsud Əfəndiyevə ünvanladığı məktubda Toronto Universitetinin professoru Vitali Vuqalter belə yazıb: “Əziz Məsud. Bu dəhşətdir! Ermənilər həmişə öz siyasətlərində və müharibə cinayətlərində ikiüzlüdürlər”.

Qeyd edək ki, Humboldt mükafatı alan ilk azərbaycanlı riyaziyyatçı, Azərbaycanın Əməkdar elm xadimi Məsud Əfəndiyev Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı alim həmkarlarına müraciət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.