MƏDƏNİYYƏT


Toronto kinofestivalında “Köçərilərin torpağı” filmi qalib gəlib

Bakı, 20 sentyabr, AZƏRTAC

ABŞ-da çalışan çinli rejissor Xloe Zaonun “Köçərilərin torpağı” (Nomadland) filmi 45-ci Toronto beynəlxalq kino festivalının (Toronto International Film Festival, TIFF) Qran-pri mükafatını alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı festivalın təşkilatçıları yayıb.

“Köçərilərin torpağı” ABŞ-da “yeni köçərilər” – yollarda yaşayan insanlar haqqında filmdir. Bu ekran əsəri, həmçinin Venesiya film festivalının ən yüksək mükafatına layiq görülüb.

Dünyanın ən böyük film festivallarından biri olan TIFF sentyabrın 10-dan 19-dək keçirilib. Bu il koronavirus pandemiyası ilə əlaqədar festivalda 100-dən az film təqdim olunub. Digər festivallardan fərqli olaraq orada rəsmi jüri yoxdur, qalib ekran əsəri tamaşaçı səsverməsinin nəticələrinə əsasən seçilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.