CƏMİYYƏT


“Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik torpaq sahələrinin icarəsini təkmilləşdirəcək

“Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik torpaq sahələrinin icarəsini təkmilləşdirəcək

Bakı, 26 yanvar, AZƏRTAC

“Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi kənd təsərrüfatı təyinatlı torpaqların, xüsusilə örüş, otlaq və biçənəklərlə bağlı torpaq sahələrinin icarəyə verilməsinin təkmilləşdirilməsini nəzərdə tutur.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 25-də keçirilən iclasında parlamentin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edərkən deyib.

O bildirib ki, 2018-ci il 31 may tarixli Qanunla “Torpaq icarəsi haqqında” Qanuna müvafiq dəyişiklik olub, dövlət mülkiyyətində olan kənd təsərrüfatı torpaqlarının icarəyə verilməsi xüsusiyyətlərini tənzimləyən norma daxil edilib. Yəni, həmin Qanunda dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi ilə bağlı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq bir mexanizm qurulub: “Həmin Qanunda konkret müddətlər də müəyyən edilib, lakin etiraf edək ki, elektron informasiya sisteminin tətbiqi şəffaflaşma və praktikada yaranan problemlərin həlli baxımından ən səmərəli vasitə hesab olunur. Təklif edilir ki, həmin mexanizm elektron informasiya sistemi vasitəsilə həyata keçirilsin. Bu elektron informasiya sistemi artıq mövcuddur və onun vasitəsilə fəaliyyətlərin həyata keçirilməsi təmin olunacaq. Nəticə etibarilə, artıq vətəndaş-məmur ünsiyyəti aradan qalxır, müraciətlərin bir dövlət orqanından digər dövlət orqanına göndərilməsi həmin elektron informasiya sistemi vasitəsilə həyata keçirilir”, - deyə M.Bazıqov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.