REGİONLAR


Torpaq məcralı kanallar lildən və kol-kosdan təmizlənir VİDEO

Bakı, 21 oktyabr, AZƏRTAC

1974-cü ildən fəaliyyətə başlayan Kürdəmir Melioservis İdarəsi ölkənin bir neçə rayonunda yerləşən təsərrüfatlararası, təsərrüfatdaxili suvarma və kollektor drenaj sistemlərinin, hidrotexniki qurğuların təmiri, bərpası və yenidən qurulması, nov və beton kanallarda əsaslı təmir işlərini həyata keçirir. Hazırda idarə tərəfindən suvarma suyunun maneəsiz olaraq fermerlərə çatdırılması üçün Zərdab rayonunda torpaq məcralı kanallar lildən və kol-kosdan təmizlənir.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Ucar rayonunda yerləşən kollektor-drenaj şəbəkəsində, həmçinin Göyçay rayonunda da işlər paralel olaraq davam edir. Görülən işlər nəticəsində həmin ərazilərdə şoranlaşmanın qarşısı alınır və torpaqlar münbitləşir. Görülən işlər meliorativ cəhətdən səmərəli olmaqla yanaşı, kənd təsərrüfatında məhsul bolluğuna gətirib çıxarır.

Qeyd edək ki, Kürdəmir Melioservis İdarəsi respublikanın Kürdəmir, Sabirabad, Göyçay, Ucar və Zərdab rayonlarında meliorasiya işlərini həyata keçirir. Görülən işlər nəticəsində fermerlərin suvarma suyundan itkisiz istifadəsi və suyun təsərrüfatlara operativ və maneəsiz çatdırılması təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.