Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Torpaqdan səmərəli istifadə yüksək məhsuldarlıq üçün zəruridir

Qobustan, 29 yanvar, AZƏRTAC 

Taxıl strateji məhsuldur və ölkə əhalisinin bu məhsula olan tələbatının daxili imkanlar hesabına tam və dayanıqlı təminatı bu gün aqrar sektorda qarşıda duran ən önəmli vəzifələrdəndir. Əlbəttə, iqlim dəyişiklikləri, havaların isti və quraq keçməsi, xüsusilə dəmyə şəraitdə torpaqda nəmlik çatışmazlığına səbəb olur ki, bu da narahatlıq doğuran ciddi məsələdir. Bəs, bununla bağlı mütəxəssislərin fikri nədir? Dəmyə şəraitdə torpaqdan səmərəli istifadə üçün əkinçi nə etməlidir?

AZƏRTAC-ın bölgə müxbirinin suallarını cavablandıran Qobustan Bölgə Təcrübə Stansiyasının direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov deyib: “Dağlıq Şirvanın dəmyə şəraiti torpaqların nəmliklə normal təminatına imkan vermir. Bu yerlərdə illik yağıntıların miqdarı 250-350 millimetr təşkil edir ki, bu da bir çox bitkinin yetişdirilməsi üçün çətinlik törədir. Belə bir şəraitdə torpaqdan səmərəli istifadə olunmalıdır və bunun üçün aqrotexniki üsullardan istifadəyə, aqrokimyəvi və fitopatoloji işlərin aparılmasına ehtiyac var. Bunlarla yanaşı, bol məhsul götürülməsini təmin etmək üçün bölgəyə və şəraitə uyğun sortun seçilməsi və keyfiyyətli toxumdan istifadə olunması da vacib şərtdir. Bu zaman “əkinlərdən yüksək məhsul götürülməsi” ilə “torpaqdan səmərəli istifadə olunması” anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Dağlıq Şirvanın nəmliklə təmin olunmamış dəmyə şəraitində əkinlərdən yüksək məhsul üçün qara herikdən istifadə edilməsi də vacib şərtdir”.

Dörd tarlalı növbəli əkin sistemi

Mütəxəssis bildirib ki, apardıqları çoxillik araşdırmaların nəticəsində Dağlıq Şirvanın nəmliklə təmin olunmamış dəmyə şəraitində torpaqdan maksimum səmərəli istifadə edilməsi və daha çox gəlir götürülməsi üçün qara herik - taxıl - paxlalı bitki – taxıl əkin dövriyyəsindən istifadənin səmərəli olduğu müəyyən edilib. Böyük əkin sahəsinə malik olan təsərrüfatlarda yuxarıda qeyd olunan 4 tarlalı növbəli əkin sistemindən istifadə tövsiyə edilir. Bu zaman qeyd olunan bölgədə taxıl bitkilərindən buğda, arpa, çovdar və vələmirin, paxlalılardan isə ərzaq noxudunun (nut) və yem noxudunun istifadə olunması məqsədəuyğundur. Herik – taxıl - paxlalı bitki - taxıl əkin dövriyyəsi zamanı 4 ilin üçündə torpaq əkin altında olur ki, bu da torpaqdan 75 faiz səmərəli istifadəni təmin edir. Bu zaman həm də torpağın münbitliyinin və məhsuldarlığının qorunub saxlanılması təmin olunur. 

Yuxarıda qeyd olunan əkin dövriyyəsindən istifadə olunduqda qara herik ənənəvi qaydada saxlanılır. Bunun üçün taxıl altından çıxan sahə noyabr-fevral aylarında ən münasib vaxtda 27-30 santimetr dərinliyində şumlanır. Sonradan yaz və yay ayları ərzində hava şəraitinin gedişindən və şumun alaqlanmasından asılı olaraq birinci dəfə diskli mala olmaqla, sonradan pəncəli kultivatorla bir neçə dəfə işlənir. Payızda isə səpinqabağı becərmə aparılır, sahə ziq-zaq mala ilə tam hamarlanır və yüksək kondisiyalı sertifikatlı toxumla səpin aparılır. Bu zaman toxumla birlikdə sahəyə P45K30 normasında ammofos və nitroammofoska gübrəsi verilir. Dağlıq Şirvan bölgəsində optimal səpin vaxtı dəniz səviyyəsi hündürlüyündən asılı olaraq 20 sentyabr-30 oktyabr tarixləri arasındadır. Bu zaman hava şəraitindən asılı olaraq əkini bir az tezləşdirmək və ya gecikdirmək də olar. Payızda çıxışların alınmasından sonra sahəyə baxış keçirilir və ehtiyac olarsa, zəif sahələrə 50-60 kiloqram fiziki çəkidə ammonium nitrat verilməsi mümkündür. Bu zaman gübrənin səmərəli istifadə olunması üçün onun erkən verilməsi, yəni gecikdirilməməsi lazımdır. Payızda, həm də əkilən sahələrdə müşahidələr aparılmalı və ehtiyac olarsa, siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri görülməlidir.

Payızlıq taxıla yaz qulluq işləri

Atabəy Cahangirov vurğulayıb ki, qarşıdan payızlıq taxıllara yaz qulluq işləri gəlir və bu işlər uzun bir dövrü əhatə edir. Belə ki, yemləmə gübrəsinin yaz kollanmasının (bitkilərin yaz inkişafının başlaması) əvvəlində və boruyaçıxmanın başlanğıcında olmaqla 2 dəfədə verilməsi daha məqsədəuyğundur. Bu zaman birinci dəfə təsiredici maddə hesabı ilə N30, ikinci dəfə isə N40 kiloqram olmaqla verilməsi tövsiyə olunur. Əgər istifadə olunan azot gübrəsi karbamid şəklində olarsa, o zaman gübrə səpinindən dərhal sonra sahəyə dırmıq çəkilməlidir. Bu əməliyyat karbamid gübrəsinin itkisinin qarşısının alınmasını və gübrədən səmərəli istifadə olunmasını təmin edir. Birinci yemləmə gübrəsindən sonra sahələrə ikiləpəli alaqlara qarşı “Tribenuronmetil” və yabanı vələmirə qarşı “Gladinafor proporgyl” tərkibli herbisid çilənməlidir. Payızlıq taxıllarda yaz qulluq işləri pas xəstəliklərinə və zərəvericilərə qarşı mübarizəni də əhatə etməlidir. Aparılan müşahidələr zamanı sarı pas xəstəliyinin müşahidəsinin ilkin mərhələsində gecikmədən sahələrə münasib funqisidlər çilənməlidir. Hava şəraitinin necə keçməsindən asılı olaraq bu əməliyyat bir və ya bir neçə dəfə aparıla bilər. Sonrakı mərhələlərdə aparılan müşahidələr nəticəsində sahələrdə zərərli bağacıq, taxıl böcəyi, zəlicə və sair zərərvericilərinin olduğu müəyyən olunarsa, o zaman onlara qarşı uyğun insektisiddən istifadə edilməklə mübarizə aparılmalıdır. Qeyd etmək yerinə düşər ki, funqisidlərin və insektisidlərin vurulması dövründə sahələr artıq boruya çıxmış və hətta sünbülləmiş olur. Ona görə də bu mərhələdə adətən fermerlərin məhsul itkisi olmasın deyə, sahəni əzməyə heyfi gəlir. Lakin nəzərə almaq lazımdır ki, xəstəlik və zərərvericilər sahəyə onun əzilməsindən daha çox ziyan vurur ki, bu da məhsulun miqdarında və keyfiyyətində özünü göstərir. Ona görə də xəstəlik və zərərvericilərin iqtisadi zərərvurma həddini təyin etməklə (bunu mütəxəssis edərsə daha yaxşıdır) pestisidlərdən istifadə olunması məqsədəuyğundur. Bu zaman sahəyə daha az zərər vurulması üçün traktorlarda ensiz şinlərin vurulması və daha uzun qollu çiləyicilərin istifadə olunması səmərəlidir.

Maksimum gəlir götürülməsi üçün qara herik - taxıl - paxlalı bitki – taxıl əkin dövriyyəsinə əməl olunması lazımdır

Həmsöhbətimiz daha sonra bildirib ki, Dağlıq Şirvanın nəmliklə təmin olunmamış dəmyə şəraitində torpaqdan səmərəli istifadə edilməsi və maksimum gəlir götürülməsi üçün qara herik - taxıl - paxlalı bitki – taxıl əkin dövriyyəsinə əməl olunması lazımdır. Bunun üçün qara herikdə əkilmiş taxıl biçildikdən sonra yubanmadan bitki qalıqlarının sahədən çıxarılması və sahənin diskli mala ilə 8-12 santimetr dərinliyində üzlənməsi əməliyyatı keçirilir. Bu əməliyyatla torpaq səthində olan alaq toxumları torpağa basdırılır və üst qatdakı çatlar bağlanılır ki, bu da dərinlikdəki nəmliyin itkisinin qarşısını alır. Sahədə sonrakı əməliyyatların aparılması qoyulan məqsəddən asılıdır. Belə ki, əgər fermer taxıldan sonra yenə də taxıl əkmək istəyirsə, o zaman ilkin yağışları gözləmək və alaq toxumları cücərdikdən sonra 20-22 santimetr dərinlikdə şum aparmaq lazımdır. Belə sahədə əkin aparmaq üçün şumun oturmasını təxminən bir ay müddətində gözləmək məqsədəuyğundur. Sonradan sahənin vəziyyətindən asılı olaraq lazım olan səpinqabağı əməliyyatlar keçirilir və səpin aparılır.

Diqqətdə saxlamaq lazımdır ki, əgər taxıl altından çıxan sahələrdə yenidən taxıl əkilməsinə çox böyük zərurət yoxdursa, o zaman yuxarıda qeyd etdiyimiz qara herik-taxıl–paxlalı bitki-taxıl əkin dövriyyəsindən istifadə olunması torpaqdan daha səmərəli istifadəni təmin edir və əldə olunan gəlirin artmasına səbəb olur. Bu əkin dövriyyəsinə əməl etmək üçün taxıl biçildikdən dərhal sonra sahədə diskli mala ilə 8-128 santimetr dərinliyində üzləmə aparılır. Əgər sonradan yem noxudunun əkilməsi planlaşdırılırsa, payız yağışları gözlənilir və alaqlar çıxdıqdan sonra 20-22 santimetr dərinliyində şum aparılır. Yem noxudunun səpini noyabrın 15-dən sonra aparılmalıdır. Səpindən əvvəl sahə diqqətlə hamarlanır və toxum hektara 150-200 kiloqram səpin norması və 15 santimetr cərgəarası olmaqla taxıl toxumsəpəni ilə səpilir. Yem noxudu sahələrində çıxışlar adətən fevral ayının axırı martın əvvəllərində alınır. Çıxışlar alındıqdan sonra ilkin mərhələdə bitkilərin daha sürətli inkişafını təmin etmək üçün hər hektara 50-70 kiloqram ammonium nitrat gübrəsinin verilməsi məqsədəuyğundur. Qeyd edək ki, yem noxudu sahələrində alaqlara qarşı mübarizə aparılmır. Yalnız çiçəkləmənin əvvəlində noxud dənyeyəninə qarşı insektisid çilənməsi vacibdir. Ehtiyac yaranarsa, bu əməliyyatı çiçəkləmənin sonunda bir də aparmaq lazımdır. Yayda yem noxudu biçildikdən sonra sahə ləngimədən bitki qalıqlarından təmizlənir və 8-128 santimetr dərinliyində üzlənir. Yem noxudunun dəni yüksək zülallı və qiymətli yem olmaqla bərabər onun bitki qalıqları da iri və xırdabuynuzlu heyvanlar üçün səmərəli qaba yemdir. Aparılan tədqiqatlar nəticəsində yem noxudunun torpağın aqrofiziki və aqrokimyəvi xassələrini xeyli yaxşılaşdırdığı və onun taxıl üçün əvəzedilməz sələf olduğu müəyyən edilib.

A.Cahangirov vurğulayıb ki, nəmliklə təmin olunmayan dəmyə bölgədə sudan daha səmərəli istifadə olunması və bitkilərin köklərinin daha yaxşı və dərinə inkişaf etməsi üçün innovativ texnologiya olaraq şum əvəzinə dərindən yumşaldıcılardan istifadə edilməsi də səmərəli üsuldur. Bu zaman sahənin herik şumu üçün şumlanması əvəzinə həmin mərhələdə yumşaldıcı alətlə 35-40 santimetr dərinliyində yumşaldılması aparılır. Bu əməliyyatın dörd ildə bir dəfə aparılması torpağın altındakı bərkimiş hissənin dağılmasına səbəb olur. Nəticədə yağıntıların daha dərinə hopması və bitkilərin kök sisteminin daha yaxşı inkişafı təmin edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb