REGİONLAR


Torpaqlarımızın işğaldan azad edilməsi ilə ulu öndər Heydər Əliyevin ən böyük arzusu yerinə yetirildi

Ağcabədi, 25 aprel, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük ikinci Qarabağ müharibəsində zəfər qazanaraq işğal altında olan torpaqlarımızı azad etdi. Heydər Əliyevin bu arzusu yerinə yetirildi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ağcabədi rayon Heydər Əliyev Mərkəzi və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və gerçəkləşən müqəddəs arzu” adlı tədbirdə səsləndirilib. Pandemiya dövrünün tələblərinə uyğun keçirilən tədbirdə əvvəlcə zabit və əsgərlər Mərkəzdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin şöbə müdiri Şöhrət Orucov və N saylı hərbi hissənin zabiti Pərviz Dostəliyev tədbirdə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında və möhkəmlənməsində, milli dövlət quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin xidmətlərindən, müzəffər Ordumuzun 44 günlük haqq savaşında qazandığı qələbədən bəhs ediblər.

Sonda Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hazırlanmış “Xalqa bağışlanan ömür” adlı film nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.