İQTİSADİYYAT
Torpaqların elektron kadastr uçot bazasının yaradılması ilə bağlı təlim keçirilib
Bakı, 2 iyun, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları üçün türkiyəli mütəxəssislər tərəfindən torpaqların elektron kadastr uçot bazasının yaradılması ilə bağlı onlayn formada təlim keçirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, məqsəd bu sahədə əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, kadr potensialının artırılması, beynəlxalq təcrübənin öyrənilməsidir.
Təlimdə məlumatların toplanma qaydaları, elektron bazanın yaradılması forması, elektron bazalara texniki olaraq nəzarət edilməsi və texniki qüsurların aradan qaldırılması prosesləri, arxiv məlumatlarının elektron bazaya köçürülməsi məsələlərinə dair izahatlar verilib. İştirakçılara, həmçinin elektron bazanın idarə olunması, pay torpaqları, yaşayış məntəqələri, bələdiyyə və dövlət torpaqları və onların daxilindəki tikili, köməkçi, mülkiyyətçi, istifadəçi kimi informasiyanın standart şəkildə elektron formaya gətirilməsi prosesləri haqqında ətraflı məlumat verilib.
Dövlət Xidməti tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi və onun tətbiqi istiqamətində işlər davam etdiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]