ELM VƏ TƏHSİL


Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi anılıb.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Tədbirdə institutun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev 20 Yanvar faciəsindən danışıb, imperiya ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizdə qanlı qırğınlar törətdiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, Ulu Öndərin Azərbaycanda hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət verilib.

Ə.Quliyev 20 Yanvarın tariximizin həm qanlı, həm də qəhrəmanlıq, qürur səhifəsi olduğunu söyləyib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Məmməd Məmmədov, laboratoriya müdiri Mustafa Mustafayev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Tərlan Yelmarlı 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs ediblər.

Sonra institutun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri Nərmin Əlisoy və Əli Gözəlzadənin məruzələri dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.