ELM VƏ TƏHSİL


Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşının layihəsi “Azərkosmos” ASC-nin müsabiqəsində qalib olub

Bakı, 28 iyun, AZƏRTAC 

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaq informasiyası laboratoriyasının müdiri, akademiyanın müxbir üzvü Amin İsmayılovun layihəsi “Azərkosmos” ASC-də keçirilən “Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsində qalib olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, alimin müsabiqəyə təqdim etdiyi “Peyk şəkillərinin istifadə etməklə torpaq deqradasiyasının öyrənilməsi və xəritələşdirilməsi (Lənkəran ovalığının ərazisinin timsalında)” layihəsi qiymətləndirmə mərhələlərini uğurla keçib.

Müsabiqə “Azersky” peyk təsvirlərinin və geo-informasiya xidmətlərinin tətbiqinin genişləndirilməsi məqsədilə keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.