ELM VƏ TƏHSİL
Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları Ucarda çöl təcrübələri aparırlar
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunun bir qrup əməkdaşı bu elm müəssisəsinin Ucar Dayaq Məntəqəsində ezamiyyətdə olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ezamiyyətin məqsədi mövzu planına uyğun olaraq çöl tədqiqat işlərini yerinə yetirmək, dayaq məntəqəsində aparılan təcrübələr və təsərrüfat əkinlərində faktiki alınmış quru ot məhsullarının hesablanması, gələcək məhsulun proqnozlaşdırılmasıdır.
Ezamiyyət müddətində müxtəlif kənd təsərrüfatı bitkiləri becərilib, fenoloji müşahidələr aparılıb, torpağa tələb olunan gübrə normaları verilib, plan üzrə digər işlər yerinə yetirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]