İQTİSADİYYAT
“Toshiba” Azərbaycan bazarına noutbuk təchizatını bərpa edir
Bakı, 30 mart, AZƏRTAC
"Toshiba" şirkəti mart ayından etibarən Azərbaycan bazarına rəsmi distribüteri olan "N-LINK" şirkəti vasitəsi ilə noutbuklarının rəsmi təchizatını bərpa edir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, "Toshiba" şirkətinin geniş çeşiddə istehsal etdiyi noutbuk modelləri yüksək keyfiyyəti ilə fərqlənir. Şirkət innovasiya texnologiyaları üzrə dünya lideridir, informasiya-kommunikasiya sistemləri üçün proqressiv elektron məhsulların, rəqəmli istehlak mallarının və komponent istehsalı ilə məşğuldur.
Rəsmi satış kanalının açılması ilə daha sərfəli qiymətlə məhsullar təqdim ediləcək, servis mərkəzi dəstəklənəcək, beynəlxalq səviyyəli zəmanət veriləcək. Bundan başqa, istehlakçılar lokallaşdırılmış klaviaturadan və bir sıra digər bonuslardan istifadə etmək imkanı əldə edəcək.