İDMAN


Toto Volff: Bakı trası bir başqadır

Bakı, 15 aprel, AZƏRTAC 

Formula 1 çempionatı tarixində 1000-ci yürüşdə qətiyyətli qələbə qazanmaq çox gözəldir. Bu, bizim üçün xüsusi nailiyyətdir və komandada hər kəs, sözün əsl mənasında, xoşbəxtdir.

AZƏRTAC xəbər verir ki, bu fikri “Mercedes”in rəhbəri Toto Volff Formula 1-in Çin Qran-Prisindən sonra bildirib.

“Biz eyni vaxtda hər iki pilotu pit-stopa çağırmaqla çox böyük riskə getdik. Belə halda liderliyi çox asanlıqla əldən vermək mümkündür. Lakin biz həm də başa düşürdük ki, əgər pilotlardan birini bir az gec çağırsaq, o, mövqeyini itirə bilərdi. Mexaniklər nöqsansız işlədilər və planımız baş tutdu”, - deyə Volff bildirib.

O qeyd edib ki, Lyuis Hemilton starta qüsursuz başlamaqla, nəticədə yürüşün gedişinə əminliklə nəzarət etdi. Valtteri Bottas, əlbəttə ki, biz az narazıdır, çünki o, poul-mövqeni əldə edərək, tam şəkildə qələbəyə ümid bağlaya bilərdi. Lakin bu gün hər şey artıq məsafənin əvvəlində həll olundu.

“Bakı trası bir başqadır. Orada düz yol çox uzundur və mühərrikin gücü ilə aerodinamik müqavimətin optimal şəkildə nisbətinə nail olmaq çox mühümdür. Əminəm ki, qarşıda növbəti çox maraqlı mübarizə olacaq. Biz bunu səbirsizliklə gözləyirik”, - deyə “Mercedes” komandasının rəhbəri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.