İDMAN


Toto Volff: Luis Hamiltonla hələ danışıqlara başlamamışıq

Bakı, 2 mart, AZƏRTAC

“Mercedes”in rəhbəri Toto Volff Luis Hamiltonla yeni müqavilənin maliyyə tərəfindən anlaşa bilməmələri ilə bağlı məlumatlara aydınlıq gətirib.

AZƏRTAC xəbər verir ki, o, Böyük Britaniya mətbuatına açıqlamasında ümumiyyətlə hələ danışıqlara başlanmadığını qeyd edib.

Bildirib ki, bir neçə gün əvvəl Luis Hamiltion hələ yeni müqavilənin gündəmdə olmadığını dilə gətirmişdi.

Xatırladaq ki, yeni Formula 1 mövsümünün sonunda L.Hamiltonun “Mercedes”lə müqavilə müddəti başa çatır. Onun “Ferrari”yə keçəcəyi haqda xəbərlər yayılsa da, məlumatlar təsdiqini tapmır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.